TARİX      QANUNVERİCİLİK      ATLAS      TANINMIŞ ÜZÜMÇÜLƏR      MƏQALƏLƏR      ELMİ ARAŞDIRMALAR      XƏBƏRLƏR      ƏLAQƏ
 

 
Azərbaycan qədim üzümçülük diyarıdır. Burada təbii iqlim şəraiti üzüm bitkisi üçün çox əlverişli olduğundan hər cür sort yaranmışdır. Ən tezyetişən, uzun müddət saxlanmağa davamlı, ən yüksək şəkər toplayan, ən çox məhsul verən üzüm sortlan bizim diyarda becərilmiş və becərilməkdədir.
Azərbaycan üzümü və ondan hazırlanan yüksək kalorili ərzaq məhsulları, ürəyə və bədənə gümrahlıq verən, canı sağlamlaşdıran üzüm şirələri, ürəklərə sərinlik, sevinc və şadlıq gətirən, gül-çiçək ətirli üzüm şərbətləri ən qədim vaxtlardan toy-düyünlərdə, bayramlarda ziyafətlərin bəzəyi olmuşdur.
Azərbaycan ərazisi üzümçülüyün meydana gəlməsi və inkişafı üçün olduqca əlverişli təbii şəraitə malikdir. İbtidai insanlar onların təsərrüfat fəaliyyətinin əsas formaları olan ovçuluq və balıqçılıqla yanaşı, meşələrdən yabanı meyvə və giləmeyvə, o cümlədən cır üzüm toplamış, ondan dadlı qida məhsulu kimi istifadə etmişlər.
Məşhur bioloq alim N.İ.Vavilovun uzunmüddətli tədqiqatları ilə Zaqafqaziya, o cümlədən Azərbaycan ərazisi bir çox təbii bitkilərin, həmçinin üzümün yetişdiyi mərkəzlərdən biri olduğu müəyyən edilmişdir.
Makedoniyalı İskəndərin qoşunu Bərdə ətrafında qərar tutanda, hökmdar Nüşabə ilə razılaşdırıldıqdan sonra, yerli əhalidən alınan verginin bir qismi şərabla əvəz edilmişdir.
Assur kitabələrində Midiyanın şimal-qərb vilayətlərindən alınan vergilər sırasında şərab vergisinin də adı çəkilir. Eramızdan əvvəl 714-cü ildə II Sarqon Urartu üzərinə yürüş edərkən mannalılar Assuriya qoşunlarını un və şərabla təchiz etmişdilər.


 
 
XƏBƏRLƏR
Qərb bölgəsində yetişdirilən üzüm satılmır
Qərb bölgəsində yetişdirilən üzüm məhsulu satılmır. Hazırda üzüm bağlarının sahəsi 4000 hektardan artıqdır. Bu sahələrdən 1400 hektarı 2009-cu ildə salınıb. Üzüm bağlarından 27700 tondan artıq məhsul götürülüb. Lakin fermerlər əldə olunan məhsulun yarısını sata bilmir. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Azərbaycan Dövlət Aqrar Universitetinin üzümçülük kafedrasının müdiri Famil Şərifov məlumat verib.

Ölkənin üzüm bağlarından ötən ilə nisbətən 14,4 min ton çox məhsul toplanılıb
Cari ili dekabr ayının əvvəlinə kimi respublikanın üzüm bağlarından 123,3 min ton və ya keçən ilin müvafiq dövründəkindən 14,4 min ton çox məhsul toplanılıb.

 ƏLAQƏ 
Tel.: +(994 50) 374 2545
   
© Uzum.az 2009. Bütün hüquqlar qorunur.